Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 13:38:00
Rezidenturaya qəbul olanlar üçün qeydiyyat prosesinə start verilir

6 sentyabr saat 12:00-da ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olanlar  üçün qeydiyyat prosesinə start veriləcək.   


AzEdu.az xəbər verir ki, https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərsiniz. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. 


Elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.


Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.