Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-03 11:18:00
Universitetlərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

 

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ixtisas seçimi sentyabrın 7-dək aparılacaq.

 

İndiyə kimi ümumilikdə 2177 ərizə təsdiq edilib. Bu ərizələrdən 1883-ü 11 illik təhsil bazasında kolleclərə aiddir.


Ali məktəblərə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.