Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-03 09:20:00
Bu il müəllim adını qazananların sayı AÇIQLANDI

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Müsabiqədən uğurla keçən şəxslər 5 sentyabr 2018-cı il tarixinədək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin elektron poçt ünvanına – [email protected]öndərə bilərlər. Sözügedən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq apellyasiya komissiyası tərəfindən baxılacaq.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.