Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 15:43:00
Subbakalavrların ən çox hansı universitetlərə qəbul olduğu açıqlanıb

 

Subbakalavrların ən çox qəbul olunduğu ali təhsil müəssisələri məlum oldu.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Məlumata əsasən, Mingəçevir Dövlət Universitetinə 24-ü ödənişsiz əsaslarla olmaq 475, Lənkəran Dövlət Universitetinə 34-ü ödənişsiz əsaslarla olmaqla 319, Bakı Biznes Universitetinə 396, Azərbaycan Dövlət Aqrar Universitetinə 115-i ödənişsiz olmaqla 311, Azərbaycan Texnologiya Universitetinə 360, Azərbaycan Dövlət İqtisad Universitetinə isə 310 nəfər qəbul olub.