Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 14:48:00
Fransada 1600-dən çox şagird küçədə yaşayır

Fransada sentyabrın 1-i yeni dərs ili başlayır. Dərs ilinin başlaması ərəfəsində humanitar assosiasiyalar 1658 şagirdin valideynləri ilə küçədə yaşadığını və tədris ocaqlarına məhz küçədən gedəcəklərini bildiriblər.

 

AzEdu.az xəbər verir ki, assosiasiyalar belə acınacaqlı vəziyyət qarşısında valideynləri və müəllimləri səfərbər olmağa çağırıblar. Azyaşlıların küçədə yaşamasının qəbuledilməz olduğunu bildiriblər. Avtomobildə və ya küçədə yaşayan şagirdlərin normal təhsil almaq üçün şəraitləri olmadığı vurğulanıb.

 

Assosiasiya kollektivləri “heç bir uşaq küçədə gecələməyə məcbur olmasın” şüarı ilə dövlət orqanlarına çağırış ediblər. Təcili olaraq təxminən 200 min mənzilə ehtiyac olduğunu bildiriblər.

 

Azərtac