Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 11:44:00
“Sertifikasiyaya hazırlaşdığım üçün övladlarımla maraqlana bilmirdim”- Yüksək bal toplayan MÜƏLLİM

 

“MİQ və DQ-da çox yüksək nəticələr əldə etmişəm. Hər zaman birinci olmalıyam, başqa cür özümə sığışdıra bilmərəm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sertifikasiyanın test imtahan mərhələsinin ilk günündə ibtidai sinif üzrə ən yüksən nəticəni əldə edən İbrahimova Kəmalə deyib.

 

Suraxanı rayon 280 nömrəli məktəbin ibtidai sinif müəllimi Kəmalə xanım təəsüratlarını bizimlə bölüşüb:

 

“Çox əziyyət çəkmişdim, fikirləşdim ki, diqqətsizlik edəcəm. 8 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. MİQ və DQ-da çox yüksək nəticələr əldə etmişəm. Çox çalışdım, lakin bu nəticəni gözləmirdim. Düşündüm ki, tələsib səhv edərəm. Prinsipial insanam, maaş artımına görə deyil, məqsədimə çatmaq üçünçalışdım. Hər zaman birinci olmalıyam, başqa cür özümə sığışdıra bilmərəm. Nə zaman əziyyət çəkmişəm, heç vaxt yerdə qalmayıb. İki həftədir, sertifikasiyaya hazırlaşdığım üçün övladlarımla belə maraqlana bilmirdim”.

 

Qeyd edək ki, ən yüksək nəticə 60 baldır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları