Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 12:23:31
“Bizim bəzi yaxşı alimlərimizin hətta Google Scholarda profilləri mövcud deyil”-Nazir müşaviri

Müşahidələr göstərir ki, Azərbaycanda elmi nəşrlərlə bağlı nəticələrin (research output) idarəedilməsinin düzgün qurulması, ölkəmizin və ayrı-ayrı alimlərimizin reytinqinə əhəmiyyətli təsir edə bilər (məsələn, H indeksini qaldıra bilər).


AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli şəxşi facebook hesabında yazıb.

 

 

"Hətta elmi cəhətdən nisbətən məhsuldar alimlərimizin belə tədqiqat indekslərində profilləri ya yoxdur, ya da düzgün deyil. Bunu həll etməyin rahat yolu tədqiqatçı kimliklərinin məşhur platformalarda yaradılmasıdır. Publons, ORCİD, Scopus Author İdentification, Google Scholar kimi platformalar məhz bunun üçündür. Bunların demək olar ki, hamısı pulsuzdur. Məsələn, alim ORCİD-də fərdi tədqiqatçı nömrəsi əldə etdikdə həmin nömrə digər bir neçə platformada da öz tədqiqat işlərini qeydiyyatdan keçirə bilir. Bizim bəzi yaxşı alimlərimizin belə hətta Google Scholarda profilləri mövcud deyil. Belə olduqda, ən azı Google Scholar onlar üçün H indeksi hesablamır. Scopusda indekslənmiş jurnallarda ilk dəfə məqaləniz çıxdıqda bu platformada İD nömrəniz olur. Amma bu heç də o demək deyil ki, sonra çıxan məqalələrinin avtomatik olaraq həmin İD-yə şamil olunacaq. Bunun üçün öz profilinizin idarəetməsinə nəzarət etməlisiniz.


 Bütün elmi nəşrlər üçün DOİ (digital object identifier) nömrəsinin alınmasına nəzarət etmək lazımdır. Sonra bu DOİ nömrəsini tədqiqatçının istənilən platformadakı İD nömrəsinə link edilir. Beləliklə, istənilən elmi nəşr məhz həmin tədqiqatçının profilində görünür və reytinqinə təsir edir.


 Tədqiqat nəticələrinin müxtəlif platformalarda, məs. İmpact factory, Kudos və s. paylaşılması. Bu barədə ayrıca yazacam.
Bunların təmin edilməsi, hətta nəşr sayının intensivliyini artırmadan həm tədqiqatçılarımızın, həm də nəşrlərin daha çox görünməsinə və reytinqlərə təsir edə bilər. Düzgün idarəetmə və tədqiqatçıların bunlarla bağlı təlimləndirilməsi lazımdır".