Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-27 15:54:00
Çexiyada ali məktəblər distant təhsilə keçməyə hazırlaşır

Elektrik enerjisinin yüksək qiymətləri Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələr vəziyyətdən qeyri-standart çıxış yolu barədə düşünməyə vadar edir. Çexiyada bir sıra ali təhsil müəssisələri orijinal çıxış yolu tapıb.

 

Rektorlar şurası təhsil müəssisələrinin onlayn tədris formasına keçid variantını nəzərdən keçirir. Hazırkı tariflərə əsasən, gələn il elektrik enerjisinə olan xərclər dörd dəfə artacaq. Ali təhsil müəssisələri elektrik enerjisinin artan qiymətlərini dövlətin köməyi olmadan ödəyə bilməyəcək. Sonuncu isə subsidiyalara hazır deyil, çünki büdcə təsdiq olunarkən fors-major nəzərdə tutulmayıb.

 

Rektorlar hesab edirlər ki, 2023-cü il kritik olacaq, çünki ali təhsil müəssisələrinin böyük əksəriyyəti 2022-ci ilin sonunadək elektrik enerjisinin tədarükü ilə bağlı kontraktlar bağlasa da, onlar indiki qiymət artımı nəzərə alınmaqla dövlət dəstəyi olmadan gələn il ərzində enerji resurslarına görə ödəniş etməyə qadir deyil. Ona görə qış semestrinin mümkün qədər tənzimlənməsi üçün böhran ssenariləri hazırlanır.

 

Azərtac