Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 17:58:00
“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcəklər

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sona yaxınlaşır. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu – 27 və 28 avqust tarixlərində də fəaliyyət göstərəcəklər. 

 

AzEdu.az xəbər verir ki, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes Universitetlərində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan başlanıb və 28-dək davam edəcək.