Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 17:48:00
BMU-nun bakalavr pilləsində 25 ixtisas üzrə qəbul aparılır   

2022/2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin elan etdiyi ixtisas seçimi hazırda davam edir.

 

AzEdu.az xəbər verir ki, internet vasitəsilə aparılan ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2022-ci il avqustun 28-də başa çatacaq.

 

Əmək bazarında ən çox ehtiyac duyulan ixtisaslarda təhsil almaq və bu sahədə yüksəkixtisaslı mütəxəssis olmaq istəyən abituriyentlər üçün BMU-da geniş perspektivlər, imkanlar və elmi-pedaqoji kadr potensialı vardır. Universitet tələbələrinin əmək bazarında ixtisaslarına uyğun iş tapmaları, eyni zamanda əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı üçün də daimi iş həyata keçirilir.

 

Məlumat üçün bildrək ki, BMU-nun bakalavr pilləsində 25 ixtisas üzrə ümumilikdə 1028 plan yeri ayrılıb. Bu yerlərin 680-i Azərbaycan, 348-i isə ingilis bölməsinin payına düşür.  (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/

 

Bakalavr pilləsində ingilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

 

BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında 2020-ci ildən həyata keçirilən beynəlxalq ikili diplom proqramı əsasında (Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisasları üzrə) bakalavr hazırlığı yeni tədris ilində də uğurla davam etdirilir.