Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 14:48:00
Milyonlarla şagird məktəblərə qayıtdı-İki il sonra...

 

Filippində milyonlarla şagird koronavirus səbəbilə dünyanın ən uzun müddətli tətilindən sonra məktəblərə qayıdıb.

 

Ölkə məktəblərinin demək olar ki, yarısında iki ildən çox həyata keçirilən distant dərslərdən sonra şagirdlər əyani tədrisə cəlb edilib.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət məktəblərinin yarısından da az qismində dərslər 5 günlük əyani şəkildə tədris ediləcək. Qalanlarında isə hibrid təhsilin həyata keçiriləcəyi gözlənilir.

 

Sinif otağı az olan bəzi məktəblərdə sıxlığın yaranmaması səbəbilə siniflər arasında növbə bölgüsü aparılacağı bildirilib.

 

Qapanmanın olduğu günlərdə isə tədris teledərs və onlayn dərslər, həmçinin müxtəlif platformalar vasitəsilə həyata keçirilib.