Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-23 16:01:00
Rezidenturaya qəbulla bağlı statistik məlumatlar

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatı təqdim edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, namizədlərdən 584 nəfər müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.

 

Namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

 

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 25-dən 30-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

 

Müalicə işi, pediatriya istiqaməti (Hərbi tibb fakültəsinin məzunları nəzərə alınmayıb) üzrə minimal bal 50, maksimal bal 89, namizədlərin sayı 429-dur. Stomatologiya istiqamətində minimal bal 50, maksimal bal 79-dur. Bu istiqamət üzrə 40 namizəd var. Tibbi profilaktika istiqaməti üzrə minimal bal 50, maksimal bal 84-dür. Müvafiq istiqamətdə 89 namizəd var. Ballar üzrə histoqramlar DİM-in saytında yerləşdirilib.