Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-23 14:23:00
UNEC Abituriyent Məsləhət Mərkəzinə 100-dən çox müraciət edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə kömək göstərilməsi məqsədilə yaradılan UNEC Abituriyent Məsləhət Mərkəzinə 100-dən çox müraciət edilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, abituriyentlərdən 28 nəfər I ixtisas qrupu, 36 nəfər II ixtisas qrupu, 14 nəfər III ixtisas qrupu, 11 nəfər IV ixtisas qrupu, 15 nəfər V ixtisas qrupu üzrə ixtisas seçiminə məsləhət almaq üçün müraciət edib. Onlayn müraciət sayı isə 246 olub.

 

Qeyd edək ki, mərkəz avqustun 26-dək həftəiçi 5 gün UNEC-in III tədris binasında (Murtuza Muxtarov küçəsi 194) saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək.