Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-23 09:24:00
ADNSU və Alman Akademik Mübadilə Xidmətinin yay məktəbi başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən 4-cü Beynəlxalq “ADNSU-DAAD Yay məktəbi 2022” başa çatıb.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Yay məktəbində Azərbaycan, Almaniya və İtaliyadan olan 11 tələbə “Postneft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrdə iştirak edib.

 

Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. Onlar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, BP-nin və ARDNF-nin baş ofislərində, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində olub, eləcə də Şəki şəhərinə təşkil olunan ekskursiyada iştirak ediblər.