Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 17:35:00
Kolleclərə qeydiyyat başa çatdı

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9517 nəfər qəbul olunub. Bu da nəzərdə tutulan qəbul planının 84 faizini təşkil edir. Qəbul olunan gənclərdən 8.113-ü qeydiyyatdan keçərək tələbə adını qazanıb.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi sentyabrın 1-dən 5-dək internet vasitəsilə aparılacaq.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının 11-ci nömrəsində təqdim olunacaq.