Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 17:16:00
Özəl kolleclərə qəbul planı yüz faiz dolub

Ümumi orta təhsil bazasında özəl orta ixtisas təhsili müəssisələrinə (kolleclər) Azərbaycan bölməsi üzrə 280, rus bölməsi üzrə isə 20 nəfər olmaqla cəmi 300 abituriyent qəbul olub.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, özəl orta ixtisas təhsili müəssisələri üçün qəbul olma planı 100 faiz dolub. Belə ki, özəl kolleclərə 300 yer qəbul planı ayrılıb.

 

Qeyd edək ki, abituriyentlər 2022-ci il 22 avqust 12:00-dan 1 sentyabr saat 23:59 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.