Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 16:40:44
MİQ imtahanlarında müəllimlərin ən çox üzləşdiyi problem: “Vakansiya verilir, sonra “yoxa çıxır”  

Müəllimlərin işə qəbulu imtahanlarının ikinci turu üzrə müsahibələr bitsə də hələ də saytımıza bu barədə şikayətlər daxil olmaqdadır: 

Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov AzEdu.az-a bildirib ki, Gədəbəy rayonu Leşdər  kənd orta məktəbindən ingilis dili müəllimliyi üçün vakansiya versə də bu yerin indi adı yoxdur: 

“Birinci mərhələdə vakansiya var idi, amma vakansiyaya düşən olmadı. İkinci mərhələdə boş qalan yerlərə vakansiya seçimində isə bu yeri  görmədik. Bu vakansiya verilmiş yer hara getdi, necə oldu? Bu, nə biabırçılıqdır?!  Həmin yer üzrə işləyən müəllim 65 yaşını keçib, buna görə də avtomatik olaraq vakansiya verilir  və verilib. Birinci mərhələdə olan vakansiya da artıq götürülüb, siyahıda yoxdur”.

Sənan müəllim həmçinin, deyib ki, atası tarix ixtisasına mayın 12-də müraciət edib, Əmək Məcəlləsi, Təhsil Nazirliyinin əmrini qeydə alaraq işləmək istədiyini bildirib: 

“Bunu nəzərə almadan onun yerini vakansiyaya çıxardılar. Bu fənn üzrə 12 saat dərs yükü ayrılıb və başqa müəllim ora düşüb. Amma onunla bərabər ingilis dili üçün verilən vakansiyada nə müəllim, nə də vakansiyanın özü var. Həmin müəllimin özünü saxlayıblar. Deyilənə görə, müsahibə mərhələsində bu vakansiya üzrə iştiraka icazə verilməyib. Xahiş edirəm bunu araşdırın, nə məsələdir”. 

Sənan müəllim əlavə edib ki, Təhsil Şöbəsi ilə görüşdən sonra bu barədə təfərrüatı yenidən məlumat verəcək.