Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 14:19:00
“5 ildir çalışan müəllimlər sertifikasiyadan keçəcək”-Ekspert aydınlıq gətirdi

 

 

 

Son zamanlar təhsil sahəsində əsas müzakirə mövzularından biri sertifikasiya prosesinin keçirilməsi ilə bağlıdır.

 

 

Bəzi şəxslər iddia edir ki, prosesdən ilk olaraq əməkdar müəllim və fəxri ad sahibi olan təhsil işçiləri keçəcək.

 

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov qeyd edir ki, məsələ heç də belə deyil və bir çox şəxslər sertifikasiya ilə bağlı məlumatları yanlış anlayıb:

 

 

“Ölkəmizdə təhsil sistemi şagirdyönümlü xarakter daşıyır. Ona görə də ilk olaraq bu şəxslərin maraqları ön plana çıxarılmalıdır. Burada qanunvericiliyin tərtib olunmasından sertifikasiyanın həyata keçirilməsinə qədər bir çox nüans öz əksini tapmaqdadır”.

 

 

O, qeyd edib ki, fəxri adların sertifikasiyaya heç bir dəxli yoxdur:

 

 

“Əməkdar müəllimlərin şagird nəticələri və onların təhsil həyatlarında xüsusi rolları olur. Ona verilən bu ad sıradan bir şəxs olmadığı üçün təqdim edilib.

 

 

Sertifikasiya ayrı-ayrı müəllim kateqoriyaları üçün tərtib edilməyib, o,  peşə yararlılığının yoxlanılması istiqamətinə yönəlib. O, ayrı-ayrı fənlər üzrə keçiriləcək. Ona görə də hansısa şəxslərin sertifikasiyadan azad olunması müzakirə mövzusu deyil”.

 

 

Ekspert vurğulayıb ki, sertifikasiya 5 ildir, müəllim işləyən şəxslərə aid deyil:

 

 

“İlk olaraq proses ibtidai sinif müəllimlərindən başlanacaq. Hətta 2017-2022-ci ildə işə daxil olanların sertifikasiya prosesinə buraxılmaması kimi fikirlərin səsləndirilməsi  çox səhv addımdır. Bu. absurd və qaydaların pozulmasına yönəlir. Belə ki, sertifikasiya haqqında qaydalarda yazılıb ki, Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarına əsasən, o cümlədən, Təhsil Haqqında Qanunun 36.2, Ümumtəhsil Haqqında Qanunun 28-ci maddəsində yazılır ki, ilk dəfə işə qəbul olunanlar 5 il sertifikasiyadan keçmirlər. Bu, o deməıkdir ki, sertifikasiya olduqdan sonra yeni işə qəbul olunanlar 5 il müddətində bu prosesdən azaddırlar. 2017-2022-ci illərdə işə qəbul olunanların sertifikasiyadan azad deyillər. 2020-ci ildən müəllimlərin işə qəbulu müsabiqəsinin formatı dəyişib. 2022-ci ilə qədər işə qəbul olunan bütün müəllimlər sertifikasiyadan keçməlidir”.

 

 

O, düşünür ki, təhsildə olan mənfi nüanslar həllini tapmalıdır:

 

 

“Təhsildə bu kimi problemlər birdəfəlik həll olunmalıdır.  Müəllim peşəkarlığı məsələsi birdəfəlik həllini tapmalıdır. Bu mənada hansısa müəllimlərə güzəşt edilməsi düzgün deyil. Sertifikasiyanın məqsədi  ümumtəhsil sistemində çalışan daha peşəkar şəxslərin sistemdə qalmasını təmin etməkdir. Bu, gələcəkdə onların peşəkarlığının artılrılması istiqamətində tədbirlərin görülməsi məqsədi daşıyır.Təsdiq edilən güzəştlər bizi əsl məqsəddən yayındırır. Bu, belə olmamalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları