Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 12:18:00
X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir

2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

 

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.