Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 14:45:00
Yerdəyişmə bu tarixədək davam edəcək - Nazirlik

2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideynlər üçün sy.edu.az elektron sistemində ümum təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

 

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.