Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 09:24:00
Publik hüquqi şəxs statusu universitetlərə və ali təhsil sisteminə nə verəcək?-TƏHLİL

 

Nazirlər Kabinetinin qərarı ilə son olaraq daha bir neçə universitetə publik hüquqi şəxs statusu verilib.

 

Bu siyahıda Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Mingəçevir Dövlət Universiteti yer alır.

 

Bəs bu yeniliyin ümumilikdə ali təhsil sisteminə, yerli universitetlərin fəaliyyətinə nə kimi təsirləri olacaq?

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az -a açıqlamasında mövzu ilə bağlı ən vacib məqamın universitetlərin maliyyələşməsi olduğunu qeyd edib:

 

Ceyhun Məmmədov - YouTube

 

“Universitetlərə bu statusun verilməsi vacib addımdır. Nəticədə universitetlər maliyyə ilə bağlı qərarları müstəqil şəkildə verə biləcəklər. Əvvəllər ali təhsil müəssisələrinin maliyyələşməsi əsasən dövlət tərəfindən həyata keçirilirdi. Publik hüquqi şəxs statusu verildikdən sonra isə bu məsələyə universitet özü nəzarət edəcək, amma dövlət də öz dəstəyini göstərməyə davam edəcək. Belə olan halda universitetlər təhsil haqqları ilə yanaşı tədqiqat və digər vasitələrlə gəlir əldə etmək imkanı qazanmış olurlar. Düşünürəm ki, bu yeniliyin tələbələrə hər hansı ciddi mənfi təsiri gözlənilmir. Burada əsas məsələsə universitetin müstəqil şəkildə özünü təmin edən quruma çevrilməsi istiqamətində atdığı addımlardır. Universitetlər maliyyə məsələlərinə ciddi nəzarət etməli, sağlam rəqabət mühiti yaratmalıdırlar ki, daha çox tələbənin təhsilə əlçatanlığına şərait yarada bilsinlər. Burada ən vacib məsələlərdən biri isə şəffaf sistemin qurulmasıdır”.

 

Ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov AzEdu.az-a açıqlamasında statusun mahiyyətindən danışıb:

 

“Demək olar ki, əksər qabaqcıl universitetlərin publik hüquqi şəxs statusu var. Bu cəmiyyət üçün faydalı işlər görən, müəyyən mənada dövlət dəstəyi ilə qurulmuş və onun mülkiyyətində olan müəssisə deməkdir. Ölkəmizdə bu status ilk olaraq 4 ali təhsil müəssisəsinə verilmişdi: Bakı Dövlət Universiteti, UNEC, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti. Həmin ali təhsil müəssisələrinin hansının bu statusdan daha yaxşı istifadə etdiyini demək bir az çətindir. Bu istiqamətdə uğurlu addımlar atanlar da oldu ki, burada UNEC-i xüsusi qeyd etmək istəyirəm”.

 

Elçin Süleymanov:"ABŞ universitetlərindən birinin professoru Çinin  prezidentini tanımadığını etiraf etdi" - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Mütəxəssis bu yenilik əsasında universitetlərin maliyyəlşməsində şəffaflığın qorunmasının vacib olduğunu qeyd edib:

 

“Publik hüquqi şəxs statusu universitetlərə maliyyə müstəqilliyi verir. Məsələn, UNEC-in tətbiq etdiyi diferensial əməkhaqqı sistemi, tədqiqatçı və məsləhətçi professor kimi statusları nümunə göstərmək olar. Dövlət universiteti kimi bu yeniliklərin həyata keçirilməsi nisbətən çətin olardı. Çünki Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi normalar var,ödənişlər və s. ona uyğun tənzimlənməlidir. Publik hüquqi şəxs statusu almış universitetlər isə təhsil xidməti, məsləhət xidməti, elmin kommersiyalaşmasından əldə edilən gəliri universitetin elmi şurası və ali rəhbərliyin göstərişinə uyğun şəkildə, audit hesabatnın şəffaflığını qorumaqla xərcləmək imkanına malikdirlər. Qabaqcıl dünya universitetlərinin saytlarında müəssisənin büdcəsi ilə bağlı məlumatlar şəffaf şəkildə təqdim edilir”.

 

“Statusun verilməsi mahiyyət olaraq çox mütərəqqi addımdır. Sadəcə tətbiq zamanı müəyyən səbəblərlə bağlı gecikmələr ola bilir. Düşünürəm ki, gələcəkdə bunlar da aradan qalxacaq. Artıq universitetlərin arasındamüsbət mənada bir rəqabət var. Mən universitetlərə bu statusun verilməsini alqışlayıram. Ali təhsil müəssisələri idarəetmədə müstəqil olmalıdır ki, bu da inkişafa gətirib çıxarır”-deyə, mütəxəssis qeyd edib.