Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 11:15:00
9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi üçün SON GÜN

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
 

Avqustun 17-si saat 09:45-ə olan məlumata əsasən, 14 min 853 nəfər (Azərbaycan bölməsi -14 min 492; rus bölməsi – 361) ixtisas seçimi edib.

 

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.