Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 11:16:00
I – IV ixtisas qrupları üzrə 48 minə yaxın plan yeri ayrılıb

2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində I, II, III və IV ixtisas qrupları üzrə ümumilikdə 47 min 788 plan yeri ayrılıb.

AzEdu.az “Abituriyent” jurnalına istinadən xəbər verir ki, cari tədris ilində bakalavriat səviyyəsi üzrə ayrılan dövlət sifarişli plan yerlərinin sayı 22 min 53-dür.

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.