Azedu.az

126 saylı məktəb ləğv olundu, valideynlər etiraz etdi

31 Avqust 2018, 11:30
126 saylı məktəb ləğv olundu, valideynlər etiraz etdi
126 nömrəli məktəbin şagirdləri valideynlərinə heç bir məlumat verilmədən müxtəlif məktəblərə köçürülüblər.
 
AzEdu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə valideynlərdən biri məlumat verib. O, nazirin müvafiq əmri ilə məktəbin idman təmüyyülü ediləcəyinin əsas göstərildiyini bildirib:
 
"İdmançılar üçün idman təmayüllü məktəb adı ilə biz valideynlərə heç bir məlumat verilmədən uşaqlarımızı ayrı-ayrı məktəblərə yönləndiriblər. Tədris ilinin başladığı bu ərəfədə şagirdlərin məktəblərindən didərgin salınması doğrudurmu? Biz valideynlər olaraq avqustun 29-da məktəbin önündə aksiya keçirərərk, etirazımızı bildirdik".
 
AzEdu.az-a verilən xəbərə görə, Bakı Şəhər Təhsil İdarəsi yaxın saatlarda məsələ ilə bağlı məlumat yayacaq.

Qeyd edək ki, məktəbin müəllimləri də harada dərs deyəcəkləri barədə məlumatlandırılmayıblar. Onlar iş yerlərini itirməkdən qorxurlar.
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox