Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-11 17:16:00
DİM “GRE Ümumi test imtahanları” sessiyasına qeydiyyat elan edir

Sessiyanın qeydiyyat linki avqustun 24-dək aktiv olacaq

 

AzEdu.az xəbər verir ki Dövlət İmtahan Mərkəzi (DİM) ETS Global təşkilatı ilə birgə 26 avqust saat 16:00-da “Make Your Application Stand out with the GRE® General Test” adlı onlayn məlumat sessiyası keçirəcək.

 

GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistratura, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

 

Məlumat sessiyasına qoşulmaqla iştirakçılar "GRE® Ümumi test”in Biznes, Hüquq və STEM istiqamətləri üzrə magistratura səviyyəsində tələb edilən müraciət formasında hansı üstünlüklərə malik olduğunu öyrənəcəklər.

 

Sessiya aşağıdakıları əhatə edəcək:

- “GRE® Ümumi test”in məzmunu;

- Qeydiyyat və imtahan mərkəzləri;

- Hazırlaşmağa kömək edən məsləhətlər;

- Ödənişsiz hazırlıq materialları.

 

Məlumat sessiyasının spikeri ETS Global təşkilatının nümayəndəsi Maria Kirilova “GRE® Ümumi test” barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.

 

Məlumat sessiyası onlayn formada “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. Sessiyada iştirak etmək istəyən şəxslər keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki 24 avqust tarixinədək aktiv olacaq. Qeydiyyatdan keçmiş iştirakçılara sessiyanın "Zoom" linki avqustun 25-də elektron poçt vasitəsilə göndəriləcək. İştirakçılar qeyd olunan gün və saatda link vasitəsilə məlumat sessiyasına qoşula bilərlər.

 

Xatırladaq ki, DİM ETS-in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq 2016-ci ildən TOEFL iBT, 2020-ci ildən etibarən isə GRE imtahanlarını təşkil edir.

 

Qeydiyyat linki:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSfSrVh7MwH9ZLhnuAcT9WrDjc_E5CS5mFB73WXxszC9RDMYZQ/viewform?usp=sf_link