Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-11 14:42:00
“Bu ixtisasların keçid balı mütləq şəkildə artacaq”-Abituriyentlər nə etməli?

 

""Abituriyent" jurnalının 4-cü  nömrəsi nəşr edilib. Ötən illərlə müqayisədə bu il plan yerləri azaldılıb. İkinci ixtisas qrup üzrə daha çox azalma müşahidə edilir. Bu, onu deməyə əsas verir ki, plan yeri azalan ixtisaslar üzrə minimal keçid balları qalxacaq.

 

Ona görə də abituriyentlər ixtisas seçim edərkən yalnız ötən ilin keçid ballarını deyil, həm də plan yerlərini nəzərə almalıdırlar".

 

Bunu AzEdu.az-a açıqlamasında tanınmış müəllim Məhəmməd Qarakişiyev deyib. 

 

O qeyd edib ki, plan yerlərinin azaldılması doğru addımdır:

 

"Abituriyentlərin təhsil bazarına uyğun olan ixtisaslara yönəldilməsi vacibdir.  İndiki dövrdə iqtisadiyyat yönümlü ixtisaslardansa, informasiya texnologiyaları ixtisaslarına meyil daha çox olmalıdır.

 

Dünya bazarına çıxmaq üçün lazım olan ixtisas və profillər üzrə ixtisaslaşmış kadrların hazırlanmasına ciddi ehtiyac var. Azərbaycan reallığında isə iqtisadiyyatyönümlü ixtisaslara yönəlmə çoxdur. Bu, bir o qədər də düzgün deyil. İqtisadi biliklərə yiyələnmiş nə qədər tələbə dünya bazarına çıxa bilir ki? Yəni Azərbaycan qlobal dünyaya çıxışı olan ölkələrdən olduğuna görə tələbələrin fərqli bacarıq və biliklər əldə etməsi lazımdır. Kreativ və tənqidi yanaşmanı inkişaf etdirən ixtisasların plan yerləri artırılmalıdır".