Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-11 12:00:00
BDU-nun Hirş indeksi 52-yə çatıb

BDU-nun Hirş indeksi 52-yə çatıb

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasının əsas məsələlərindən biri də elmi-tədqiqatların prioritetlərini dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirməkdir. BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir.

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi artaraq 52 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.06-ya qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.

 Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3598 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-nə yaxın istinad edilib. 2022-ci ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 146 əsər nəşr edilib və nəşr edilən əsərlərə 2800-ə yaxın istinad edilib.

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.