Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-11 09:24:00
Qeyri-Azərbaycan dilli tədris bölmələri üzrə məktəb seçiminə start verilir

Bu gündən tədrisi qeyri-Azərbaycan dilində aparılan bölmələr üzrə məktəb seçimi prosesinə start verilir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə avqustun 8-də başlanılıb.

 

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

 

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.