Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-10 15:55:00
ADNSU-nun rektoru UFAZ ilk magistr məzunları ilə görüşüb

Avqustun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk magistr məzunları ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə tələbələrin gələcək planları, elmi fəalliyyətləri, qarşılarında duran hədəfləri və digər bu kimi məsələlər müzakirə olunub.  Rektor, professor Mustafa Babanlı bilidirib ki, siz potensialı yüksək olan gənclərsiz və qarşınızda duran ən böyük hədəf xalqımız, dövlətimiz üçün faydalı vətəndaş olmağınızdır.

 

Səmimi söhbət əsasında keçirilən görüşdə məzunların akademik fəaliyyəti, bilik səviyyələri ilə maraqlanan rektor, professor M.Babanlı onların gələcəkdə həm ADNSU və UFAZ üçün faydalı şəxslər olduğunu deyib.

 

Tələbələr də gələcək planları, ADNSU və UFAZ haqqında fikirlərini səsləndiriblər. Onlar öz doğma təhsil aldqıları universitetlə bağlı konkret təkliflərlə çıxış ediblər.

 

Elmi fəaliyyətin hər zaman onlar uçun vacibliyini vurğulayan rektor, professor Mustafa Babanlı magistr məzunlarının suallarını cavablandırıb, onlara uğurlar arzu edib.