Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-10 13:51:00
II ixtisas qrupu üzrə plan yerlərinin sayı azaldılıb

Ötən illə müqayisədə II ixtisas qrupu üzrə 190 dövlət sifarişli plan yeri azaldılıb.

AzEdu.az “Abituriyent” jurnalının 4-cü sayına istinadən xəbər verir ki, bu il II ixtisas qrupu üzrə 4040 plan yeri ayrılıb.

2021-ci ildə II ixtisas qrupu üzrə ayrılan dövlət sifarişli plan yerlərinin sayı 4230 olub.

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.