Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-10 13:38:00
I ixtisas qrupu üzrə dövlət sifarişli plan yerlərinin sayı artırılıb

Ötən illə müqayisədə I ixtisas qrupu üzrə 1388 dövlət sifarişli plan yeri artırılıb.

AzEdu.az “Abituriyent” jurnalının 4-cü sayına istinadən xəbər verir ki, bu il I ixtisas qrupu üzrə 11500 plan yeri ayrılıb.

2021-ci ildə I ixtisas qrupu üzrə ayrılan dövlət sifarişli plan yerlərinin sayı 10112, 2020-ci ildə isə 9292 olub.

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.