Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-08 14:47:00
Dünya ölkələrində şagirdlər neçə gün tətil edir?-MARAQLI    

Tədris ilinin  gec başlanması  nəzərə alınaraq, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.

 

 

Bundan başqa ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləridir.

 

 

AzEdu.az müqayisə üçün dünya məktəblərindəki tətil  müddətini təqdim edir:

 

 Amerikada tədris ili müddəti  180 gündür. Məktəblilərin yay tətili 10-11 həftə çəkir. Tədris ili müddətində Milad bayramında 2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır

 

Danimarka və Fransada  yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də cəmi 5 gündür.

 

İsveçdə tədris ili iyunun15-dən avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük əlavə tətil verilir. İsveçdə məktəblilərin dərs ili iki hissəyə bölünür.

 

Yaponiyada ildə iki böyük tətil - martın sonundan aprelin ortasına və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.

 

Kanadada yay tətili iyul və avqust aylarını  əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. "Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü başlayaraq  bir həftə çəkir.

 

Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur.

 

Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.

 

İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Bu ölkədə  tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

 

Son olaraq qeyd edək ki, orta təhsil ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda 12 , Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları