Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-07 15:04:00
Soydaşlarımızın yüksək bal toplaması qalmaqal yaratdı 

Gürcüstan Təhsil Nazirliyində ciddi müzakirələrə səbəb olacaq məsələ gündəmə gəlib.

 

 AzEdu.az yerli mətbuata istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Azərbaycan Ümumi Qabiliyyət İmtahanının cavabları əvvəlcədən sızdırılıb və abituriyentlər imtahandan öncədən xəbər tutublar.

 

Məlumatda bildirilir ki, bu il azərbaycanlı abituriyentlər arasında görünməmiş yüksək ballar qeydə alınıb və bu da böyük suallar doğurub.

 

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Gürcüstanın Təhsil Nazirliyi hələlik heç bir məlumat dərc etməyib.