Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 15:14:00
Yalnız BU ŞƏXSLƏR MİQ-də vakansiya seçimi edə bilər

4 avqust saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

 


AzEdu.az xəbər verir ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 8 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

 

Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları