Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-29 12:20:00
AMEA-nın təcili iclasında müzakirə edilən məsələlər məlum olub

“Bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”.

 

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

 

O bildirib ki, bugünkü iclas daha çox idarəetmənin yenidən qurulması, təkminləşdirilməsi, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı olub: “Bu formatda idarə olunacaq elmin gələcəkdə hansı nəticəni verəcəyi proseslərin qurulmasından və ailmlərin təşəbbüsləri dəyərləndirməyindən və zəhmətindən asılıdır. Bugünkü iclasda isə AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”