Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 16:04:00
Tələbə köçürülməsi ilə bağlı ən vacib məqamlar – HAMISI BİR ARADA

 

 

Tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

 

Təhsildə keyfiyyətin Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentininin direktoru Nicat Əsədli Təhsil TV-nin efirində qaranlıq qalan məsələlərlə bağlı sualları cavablandırıb.

 

AzEdu.az proseslə bağlı yayılan bütün məlumatların ictimaiyyətə təqdim edildiyini nəzərə alaraq, bu istiqamətdə ən çox verilən sualların cavablarını təqdim edir:

 

Magistratura səviyyəsində ixtisas dəyişmək mümkündür?

 

-Magistraturanın ilk ilində ixtisas və ixtisaslaşma üzrə tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi,yaxud təhsilalma formasını dəyişməsi mümkündür. Köçürülmə prosesi zamanı tələbənin ixtisasını dəyişməsi isə mümkün deyil.

 

Köçürülmə zamanı sistemdə texniki problemlər ola bilər

 

-Tələbələr qeydiyyat zamanı “sənədlər düzgün daxil edilmədi”, “universitetlə əlaqə saxlayın” kimi qırmızı şriftlərlə problemlə üzləşsələr, narahat olmasınlar. Bu serverlə bağlı problemdir. Belə olan halda Təhsil Nazirliyinin qaynar xətt ilə əlaqə saxlasınlar, problemin həllinə çalışılacaq.

 

Attestatla qəbul olunan tələbə də transferdə iştirak edə bilər?

 

-DİM balı və beynəlxalq göstəriciləri olmayan tələbə də transferdə iştirak edə bilər. Ola bilər ki, həmin tələbənin qəbul olduğu ali təhsil müəssisəsi beynəlxalq reytinqlərdə yer alır. Akkreditə olunub və lisenziyası var. Həmçinin tələb olunan meyarlardan biri də tələbənin akademik göstəricilərinin yüksək olmasıdır. Belə olan təqdirdə, attestatla universitetə qəbul olan tələbə də Azərbaycan universiettlərinə köçürülə bilər.

 

Kollec məzunu bakalavrlar ixtisas dəyişə bilməyəcək

 

-Universitetə birbaşa kollecdən  qəbul olunan bakalavrlar sadəcə eyni ali təhsil müəssisəsi daxilində təhsilalma formasını dəyişə bilərlər. Həmin tələbələrin ixtisas dəyişməsi, yaxud bir universitetdən digərinə köçürülməsi mümkün deyil. Əvvəlki illərdə olduğu kimi bu il də qaydalarda həmin həmin məsələ qeyd olunmayıb.

 

Sadəcə dövlət sifarişi əsasında təhsil alanlar köçürüldükdən sonra ödənişsiz təhsil almağa davam edə bilər

 

-Sadəcə dövlət sifarişi əsasında təhsil alanlar öz ixtisasları üzrə köçürüldükdə, ödənişsiz təhsil almağa davam edə bilərlər. Dövlət sifarişi əsasında təhsil alan tələbə ixtisasını dəyişəcəyi təqdirdə, təhsilini ödənişli əsaslarla davam etdirəcək. Amma ödənişli əsaslarla təhsil alan tələbələrin təhsili isə köçürüldükləri zamanda ödənişli formada qalacaq.

 

Prosesin bütün detalları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

 

Ali təhsil müəssisələrindən köçürülmə zamanı ən çox verilən suallar

 

Qeyd edək ki, sənəd qəbulu iyulun 31-dək davam edəcək.