Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 12:30:00
Yoluxma sayı artsa, məktəblər yenidən bağlana bilər?-Nazirdən konkret cavab

 

“Payız aylarında yoluxma sayı arta bilər, amma bu o demək deyil ki, bütün məktəblər bağlanacaq”

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir sentyabrdan məktəblərin bağlanacağı ilə bağlı iddialara cavab verib:

 

“Pandemiya müddətində təhsilin təşkili ilə bağlı bizim artıq iki illik təcrübəmiz var. Ötən il yoluxma sayı daha çox idi, amma biz təhsilini əyani təşkilini təmin edə bildik. Sadəcə koronavirusa yoluxma halının daha çox müşahidə olunduğu siniflərdə və məktəblərdə əyani tədris dayandırılıdı. Amma ümumilikdə ölkə üzrə təhsilin təşkilində ciddi problemlər olmadı. Düşünürəm ki, bu il də yoluxma artacağı təqdirdə, biz ötənilki təcrübədən yararlanacağıq”