Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 17:01:00
Sadəcə BU ŞƏXSLƏR köçürüldükdən sonra ödənişsiz təhsil ala bilərlər

 

“Sadəcə dövlət sifarişi əsasında təhsil alanlar öz ixtisasları üzrə köçürüldükdə, ödənişsiz təhsil almağa davam edə bilərlər”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentininin direktoru Nicat Əsədli qeyd edib.

 

Direktor, həmin tələbələrin ixtisas dəyişəcəyi təqdirdə bunun dəyişəcəyini bildirib:

 

“Dövlət sifarişi əsasında təhsil alan tələbə ixtisasını dəyişəcəyi təqdirdə, təhsilini ödənişli əsaslarla davam etdirəcək. Amma ödənişli əsaslarla təhsil alan tələbələrin təhsili isə köçürüldükləri zamanda ödənişli formada qalacaq”.