Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 13:36:00
Deputat Lənkəran olayı barədə : "Yıxılana balta vuran çox olur"

Lənkəranda məktəblinin döyülməsi faktı mətbuatda və ictimaiyyətdə rezonansa səbəb oldu. Belə ki, İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızını döydüyü haqqında məlumat qısa müddətdə ən çox müzakirə olunan hadisələrdən birinə çevrildi. İctimai rəyin tələbindən sonra araşdırma aparıldı və fakt təsdiqləndi. Artıq Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb. Lənkəranda məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı isə işindən azad edilib.

 

Bundan sonra başçı müavini haqqında mənfi fikirlər ortaya atılmağa başladı. Onun bu cür əməllərinin az olmadığı haqqında iddialar səsləndirildi. 

 

Hadisə haqqında danışan Lənkəranın deputatı Rüfət Quliyev bildirib ki, nəticəni gözləməkdə fayda var: 

 

“Düşünürəm ki, dövlət qurumları, hüquq-mühafizə orqanlarının atacağı addımları, bunun ardınca veriləcək qərarları gözləməkdə fayda var. Təbii ki, məktəblinin fiziki zorakılığa məruz qalması faktı təsdiqlənibsə, bu çox pis hərəkətdir. Lənkəranın icra başçısı Taleh Qaraşov müavininin, həmin xanımın işdən azad edilməsi ilə əlaqədar qərar verib. İstintaq davam edir və nəticə göstərəcək ki, Rəsilə Əliyevanın nə dərəcədə günahı var, yaxud bu hadisədə günahkar kimdir. Bir az səbrli olaq və ajiotaj yaratmayaq. Dövlət var, dövlət qurumları var, hüquq-mühafizə orqanları var və onlar buna qiymət verəcəklər".

 

Deputat düşünür ki, ictimaiyyətdə yıxılana balta vurmaq ənənəsi hələ də mövcuddur:

 

"Lakin unutmamalıyıq ki, biz demokratik ölkədə yaşayırıq. Hesab edirəm ki, təxmini bir ay ərzində hər şey məlum olacaq. Gəlin, sadəcə gözləyək, görək, gedişat haraya gedir". 

 

Modern.az