Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 17:25:00
Xaricdə təhsil alan tələbələrin yerli universitetlərə köçürülməsində BUNLARA diqqət edilir

 

Köçürülmə prosesi zamanı xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi də həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, həmin tələbələrin DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır:

 

1.beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);

 

  1. qənaətbəxş akademik göstəriciləri;

 

  1. köçürülmə səbəbləri;

 

  1. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması.

 

Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir:

 

  1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd.

 

  1. ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);

 

  1. köçürülmə səbəblərini təsdiq edən sənədlər;

 

  1. beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);

 

  1. təhsil haqqı borcunun olmaması;

 

  1. xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər üçün).