Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 15:23:00
10 azərbaycanlı Latviyada təqaüdlə təhsil alacaq

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2022-2023-cü tədris ili üzrə 10 Azərbaycan Respublikası vətəndaşı Latviyanın təqaüdünə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 26 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır:

 

 

Ən çox təqaüd qazanan ölkələrin siyahısı

Müxtəlif təhsil səviyyələri üzrə təqaüdçülərin sayı

1. Ukrayna

16

2. Finlandiya

11

3. Azərbaycan

10

4. Almaniya

10

5. İsveç

10

6. ÇXR

9

7. Qazaxıstan

7

8. Özbəkistan

5

9. İsrail

5

10. Norveç

3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində müraciət edənlər, əsasən, Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsillərini davam etdirmək hüququ qazanıblar.

 

Müvafiq təqaüd proqramı barədə cari ilin 7 fevral 2022-ci il tarixində elan verilib.