Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-13 06:04:33
Uranın kəşfi, “Mendeleyev cədvəli” və Harvardın yaranması... - Bu günün təhsil tarixi

AzEDU.az dünyada 13 mart tarixində baş verən təhsil hadisələrini təqdim edir:

1639-cu il 13 martda ABŞ-da Kembric kolleci Harvard universiteti adlandırılıb.

Bu universitet ABŞ-ın Kembric şəhərində yerləşir və dünyanın ən məşhur universitetlərindən biridir. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulub. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır.

Kollec ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. 1639-cu ilin 13 martında kollecə minnətdarlıq hissi ilə Harvardın adı verilib. Sonradan bu kitabxana qitənin ikinci kütləvi kitabxanasına çevrilib (birinci yezuitlər ordeni monastırının kitabxanası idi).

1781-ci ilin 13 martında ingilis astronom alimi Uilyam Herşel özünün düzəltdiyi teleskopla Günəş sisteminin yeddinci planetini — Uranı kəşf edib.

Uran  Günəş sistemində 7-ci planetdir. Uranın ətrafında Saturnda olan halqalar aşkar edilib. Bu planet əksetmə qabiliyyətinə görə birinci planetdir.

Uilyam Herşel İngiltərədəki 19 New King Street (hal-hazırda Herşel Astronomiya Muzeyi) ünvanındakı evinin bağçasından 13 Mart 1781'de Uranı ilk olaraq bir quyruqlu ulduz kimi  müşahidə edib. O, Uranı kəşf edərkən özünün hazırladığı teleskopdan istifadə edib.

13 mart 1869-cu ildə rus kimyaçısı Dmitri Mendeleyev kimyəvi elementlərin qruplaşdırılmasını tamamlayıb.

Kimyəvi elementlərin dövri sistemi  elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya çıxarıb.

Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilib. 1869-cu ilin 13 martında isə kimyəvi elementlərin müəyyən sistem üzrə qruplaşdırılması prosesini tamamlayıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları