Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-17 16:05:00
Təhsilimizdəki qiymətləndirmələrdə nə kimi nöqsanlar var? -TƏHLİL

Təhsil millətin gələcəyidir - o gələcəyi qurmaqda biz uğurlu ola bildikmi?

Azərbaycan ümumtəhsil sistemində monitorinq və qiymətləndirmə həmişə mövcud olmuşdur. Buraya şagirdlərin bilik səviyyələrini dəqiqləşdirmək üçün aparılan yoxlama işləri, imtahanlar və inspektor yoxlamaları aiddir. Lakin təcrübə göstərir ki, bütün bu ənənəvi yoxlama (monitorinq) formaları lazımi effekt vermir və onların bir sıra çatışmazlıqları meydana çıxır:

 Birinci, tədrisin vəziyyətinə nəzarət mütəmadi deyil, epizodik xarakter daşıyır və buna görə də tədris prosesindəki dəyişikliklərin dinamikasını müşahidə etmək mümkün olmur;

İkinci, əsasən, tədris prosesinin nəticəsi öyrənilir. Bu halda tədris prosesinin özü, yəni bilik, bacarıq və vərdişlərin formalaşdırılması yoxlayıcıların diqqətindən kənarda qalır;

Üçüncü, bü növ yoxlamaların nəticələri yetərincə şəffaf aparılmır, nəticələr təhlil olunduqda balla qiymətləndirmədən istifadə edilir, bu isə şagirdlər tərəfindən tədris kursunun mənimsənilməsi səviyyəsini araşdırmağa imkan vermir.

Göstərilən çatışmazlıqlar əsas problemləri - şagirdlərin biliklərindəki bu və ya digər boşluqların səbəblərini, müəllimlərin işində olan çatışmazlıqları, şagirdlərin təlim-tərbiyə prosesinə təsir edən mənfi amilləri müəyyənləşdirməyə imkan vermədiyindən mahiyyət etibarilə idarəetmədə dəqiq diaqnoz qoymaq mümkün olmur. Bu halda təhsil prosesinin özü, onun yekunlarını müəyyənləşdirən bilik və bacarıqların formalaşması diqqətdən kənarda qalır. Nəticələrin yoxlanılması və təhlili zamanı istifadə olunan qeyri-dəqiq məlumatlar, subyektiv qiymət balları və yoxlama, tapşırıqlara verilən qiymətlər bütövlükdə şagirdlərin təlim materiallarının məzmununu nə dərəcədə qavrayıb-qavramadığını aydınlaşdırmağa imkan vermir (Azərbaycan müəllimi.- 2014.- 30 may- səh.