Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-17 11:12:00
Fenomen akademikin qeyri-adi zəkası, tam fərqli həyat tərzi - Azad Mirzəcanzadə haqqında bilmədiklərimiz  

Bu gün böyük alim, akademik Azad Mirzəcanzadəninanım günüdür.

 

 AzEdu.az universal zəka sahibi, professor Azad Mirzəcanzadə haqqında yazını təqdim edir:

 

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir 1968-ci ildə isə həqiqi üzvü seçilib.

 

Yazıda Azad müəllimin tələbələrinin və yaxın dostlarının köməkliyi ilə onun bir şəxsiyyət kimi görünməyən tərəflərini, xarakterinin gizli məqamlarını sizlərə çatdırmağa çalışacağıq. 

 

Onun böyük alim olması heç kimə sirr deyildi. Hətta 1992-2001-ci illərdə Ali Attestasiya Komissiyasının sədri olarkən ona o qədər də xoş münasibət göstərməyən adamlar Azad Mirzəcanzadənin həddindən artıq böyük şəxsiyyət, böyük alim olduğunu vurğulayırdılar.

 

Azad Mirzəcanzadə nə qədər böyük alim olubsa, bir o qədər də keşməkeşli həyata sahib olub.

 

 

78 yaşında vəfat edən alim ömrünün sonuna qədər evlənmədi. Züriyyəti olmasa da, mənəvi övladları, kadrları və evinə, iş yerinə məxsusi dəvət edərək, yetişdirdiyi insanlar hələ də Azad Mirzəcanzadə düşüncə məktəbinin fəal təbliğatçılarıdır. Həmin mənəvi övladlardan biri hüquqşünas Baxşeyiş Əsgərov Azad Mirzəcanzadə şəxsiyyətini bu gün ən yaxşı bilənlər sırasındadır. O Azad Mirzəcanzadənin görünməyən cizgilərini həvəslə bizlərə açır:  

 

”Azad müəllimin axırıncı əsəri olan “XXI əsrə gedən yol” adlı kitabının son variantını gətirib ona göstərdim. Kitabın arxa səhifəsində minnətdar olduğu şəxslərin siyahısı var idi: Şükürova, Əsgərov və xüsusi minnətdarlıq etdiyi elm xadimləri. Mən gətirdiyim variantda adım yox idi. Mənə bir balaca kağız yazıb verdi ki, apar mətbəəyə, bunu əlavə etsinlər. Mən də heç baxmadan aparıb mətbəəyə təqdim etdim. Sən demə, Azad müəllim mənim də adımın ora əlavə olunmasını istəyirmiş. Dedilər, harda yazaq adını? Dedim ki, Şükürovadan sonra yazın. Həmin variantı da gətirdim. Azad müəllim açıb baxdı və razılıq əlaməti olaraq başını tərpətdi. İnanın ki, əgər mən adımı Şükürovadan əvvəl yazdırsa idim, o, bu kitabın çapına icazə verməyəcəkdi. Azad müəllim bu cür ən xırda detallara önəm verirdi. Həmişə deyirdi ki, insanda ümumi olanlara yox, konkret detallara fikir verin. Elə adam var ki, o səliqə- səhmanla geyinib məclisə gələr, amma sakit situasiyada onun stolda nəyisə götürmək, tost demə qaydası həmin adamın bütün xarakterini çox gözəl əks etdirə bilər”.

 

Azad Mirzəcanzadənin ən çox sevdiyi nəsnə təbii ki, kitablar idi. Onun rəğbətini yalnız ona kitab bağışlamaqla qazanmaq olardı. Dünyanın gəliş- gedişi, hadisələrin ictimai-iqtisadi axarı alimi ən çox maraqlandıran faktorlar idi. Odur ki, istər dünya ədəbiyyatı, istərsə də elmi –fəlsəfi kitablar Azad Mirzəcanzadə üçün ən yaxşı hədiyyə olardı

 

Kitablarla bərabər, ən çox sevdiyi varlıq bacısı İradə xanım olub. Onları elə məqamlar birləşdirir ki, çətin ki, bu sirli detallar başqa bacı-qardaşın həyatında olsun. Belə ki, onların heç biri ailə həyatı qurmadı. Hər ikisi 78 yaşında dünyasını dəyişdi. Ən maraqlı cəhət odur ki, Azad müəllim bacısının ölümündən iki il sonra Neftçilər xəstəxanasında eyni palatada və eyni çarpayıda dünyasını dəyişdi. Baxşeyiş müəllimin dediyinə görə onlar sanki “ultrasəslər”lə danışırdılar. Mətbəxtdə bu yavaşdan söz deyəndə evin o başından o birisi çox aydın şəkildə eşidirdi. 

 

”Bacısından sonra Azad müəllim o evdə çox qalmadı. Ölümünə qədər günlərinin çoxuunu xəstəxanada keçirdi və elə bacısının vəfat etdiyi çarpayıda dünyasını dəyişdi

 

“Azad müəllim məni qucaqlayıb uğurlar arzulad

 

O Ali Attestasiya Komissiyasından öz istəyi ilə istefa verəndə çoxları sevinirdi. Çünki zəif elmi əsərləri ilə yüksək elmi adlara sahiblənmək istəyən şəxslərə Azad Mirzəcanzadə qətiyyən güzəştə getmirdi. Şəxsi məsələlərdə kiminsə qəlbinə dəyməyi qətiyyən bacarmayan alim, elm məsələsində çox prinsipial idi. Odur ki, ondan dəstək görməyən şəxslər tərəfindən mənfi qarşılanırdı. Əsl alimlərə isə əlindən gələni etməyə hazır idi.

Universitetdən uzaqlaşdırılan alimi ora kim qaytardı?

 

Alimin elm sahəsində güzəştə getməməsi və alimlərdən daha orijinal yanaşma tələb etməsi iş yerində ona olan münasibəti dəyişdirdi. Vəziyyət pik nöqtəsinə çatdı və 1987-ci ildə Azad Mirəcanzadə universitetdən uzaqlaşdırıldı. Həmin vaxtları professor Rafiq Əliyev bu cür xatırlayır:

 

“Onu 1987–ci ildə Neft və Kimya İnsitutundan çıxardıla. Buna baxmayaraq, biz tez-tez görüşürdük. Elə oldu ki, 1987-ci ilin axırında mən Mərkəzi Komitənin elm və təhsil şöbəsinə gəldim. Ən birinci həyata keçirdiyim iş o zaman Azad Mirzəcanzadənin öz yerinə bərpa etmək oldu. Şəxsən özüm onun qolundan tutaraq kafedraya gətirdim. Cəmiyyətdə həmişə belə şey olub. O cür alimi işdən çıxardılar ki, guya yaxşı alim deyil”.

 

Rafiq Əliyev həmin vaxt Elm və Təhsil Komitəsinin rəhbəri kimi o zamankı Neft Akademiyasının o vaxtkı rektoru ilə görüşür. Tapşırıq kimi Azad Mirzəcanzadənin yenidən öz kafedrasına qayıtmasını bildirir. Həmin vaxt artıq onun yerinə kimsə çalışırdı. Rafiq müəllimin səyi nəticəsində Azad Mirzacanzadə öz iş yerinə qayıdır. Maraqlı məqam da odur ki, Rafiq Əliyev kabineti təmizlədəndən sonra Azad müəllimi özü ora aparıb.