Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 11:00:00
"SABAH Magistratura" proqramında təhsil alan tələbələr üçün səfər təşkil edilib  

7 iyul 2022-ci il tarixində ARTİ tərəfindən ADPU-nun “SABAH Magistratura” proqramının “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbələri üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tanışlıq səfəri təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, səfər zamanı ilk öncə tələbələrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi haqqında geniş məlumat verilib. Məlumatlandırma zamanı dərslərin 70%-nin praktiki, 30%-nin isə nəzəri hissələrdən ibarət olduğu qeyd olunub.  Mərkəzin əməkdaşlıq etdiyi şirkətlər haqqında məlumat verilərkən tələbələrin əməkdaşlıq edilən şirkətlərə təcrübəyə göndərildikləri də vurğulanıb.

 

Mərkəzlə tanışlıq zamanı tələbələr maşın, CNC təcrübə, elektronika tətbiqi, taxta emalı, elektrik maşın, avtomatika nəzarət otaqları, eləcə də, qaynaq, mühərrik və rəngləmə, elektrik laboratoriyaları ilə yaxından tanış olaraq sahə mütəxəssisləri tərəfindən laboratoriyalarda görülən işlər haqqında ətraflı məlumat əldə ediblər.

 

Qeyd edək ki, ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərinin həyata keçirilməsini təşkil edir.