Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 12:05:00
“İngiltərə yaşamaq üçün arzuolunan ölkə deyil, orada oxumaq üçün külli miqdarda pul lazımdır”

İnqilab   bəy, əksəriyyətə İngiltərədə təhsil xəyal kimi görünür. Buna münasibətiniz necədir? Həqiqətən belədirmi? 

“İngiltərə maddi cəhətdən bahalı ölkədir. Xüsusilə London və onun ətrafında təhsil aldığın zaman – ölkənin cənub şəhərləri sayılır – buraların  olduqca bahalı olduğu həmən hiss olunur.  Bir çox azərbaycanlı üçün orada oxumaq çətin ola bilər. Xüsusilə, siz orda öz hesabınıza oxuyursunuzsa, bu, külli miqdarda vəsaitin xərclənməsi deməkdir”.

Bunu AzEdu.az-a açıqlamasında Şeffild Universiteti və London İqtisad Məktəbinin məzunu, Azərbaycan Elm Assosiyasiyasının (ASA) həmsədri İnqilab Şahbazov deyib.

O, bir müddət əvvəl təhsil aldığı İngiltərədə oxumağın həddindən artıq çətin olduğunu sadalayıb: 

“Təəssüf ki, dövlət dəstəyi dayandırılıb. Dövlət proqramı olduqda şəhərdən, universitetdən asılı olmayaraq tələbə maddi problemlə  üzləşmirdi. Fərz etsək ki, maddi problemləri həll etmisiniz, digər məsələ dil ola bilər. Əgər İngiltərəyə getmək istəyirsinizsə, ingilis diliniz o qədər yüksək səviyyədə deyilsə, getməyiniz çətin olduğu kimi orada  təhsil almağınız da çətin olacaq. Artıq aşağı səviyyədə ingilis dili orada kifayət etməyəcək. Yüksək səviyyədə bilməlisiniz ki, həm oxuyasınız, həm də insanlarla ünsiyyətə girə biləsiniz. Digər problem kimi mədəniyyətin fərqli olmağını göstərə bilərəm. Azərbaycan və İngiltərə çox fərqli ölkələrdir. Ola bilsin ki, bir çoxları üçün əlçatan olsun, amma yaşamaq üçün arzu olunan yer olmasın. Təhsil səviyyəsi nə qədər yüksək olsa da, cəmiyyət bəzi adamlar üçün yaşanılmaz ola bilər. Düşünürəm ki , bu 3 faktor İngiltərəni bəzi adamlar üçün əlçatmaz edir”.