Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-03 15:29:00
Bu müəllimlərin maaşına mütləq  əlavələr edilməlidir -Şərtlər və məbləğlər

Əmək şəraitinin ağır və zərərliyinə görə müəllimlərin əməkhaqqına əlavələr olunur.

 

AzEdu.az həmin əlavələri təqdim edir:

 

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq, sahillə quru yol əlaqəsi olduqda:

 

- 1 müəllim stavkasının 40%-i quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər

 

- 1 müəllim stavkasının 50%-i;

 

-  0,5-70 km-ə qədər - 1 müəllim stavkasının  65%-i;

 

- 70 km-dən çox - 1 müəllim stavkasının 75%-i.

 

Susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən müəssisə, idarə, təşkilatlar:

 

 - 20-40 km - Ümumi dərs yükünün 20%-i;

 

- 40 km-dən çox - Ümumi dərs yükünün 40%-i;

 

Dəniz səviyyəsindən hündürlükdə yerləşəməsinə görə:

 

-1200-1500 metr - Ümumi dərs yükünün 10%-i;

 

-1500-2000 metr - Ümumi dərs yükünün 20%-i;

 

-2000 metrdən yuxarı - Ümumi dərs yükünün 30%-i.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları