Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-03 12:54:00
Bu gün Yerin yaxınlığından asteroid keçəcək

Bu gün Yer kürəsinə 3,29 milyon kilometr məsafədə 2022 JE1 asteroidi yaxınlaşacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.

 

NASA kosmik cismi Yer kürəsi üçün “potensial təhlükəli” adlandırıb.

 

Onun diametri 50-155 metr arasında dəyişir.

 

Qeyd edək ki, asteroidin Yerə növbəti yaxınlaşması 2027-ci il iyulun 14-də baş tutacaq.