Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-02 17:24:00
149 nəfər Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu universitetlərində TƏHSİL ALACAQ

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 149 nəfər Azərbaycan vətəndaşı 2022-2023-cü tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə  149 nəfər, o cümlədən 8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “University of Debrecen” və “Budapest Business School - University of Applied Sciences” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. 

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 15.11.2021-ci il tarixində elan verilib.