Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-02 14:40:00
Xaricdə təhsili etibarlı edən əsaslar  - Aldanmaq olmaz  

Son dövrlərdə təhsilini davam etdirmək üçün xarici ölkələrə müraciət edən vətəndaşların sayı getdikcə artır.

 

Vətəndaşlar xüsusi ilə son illər həyata keçirilən dövlət proqramları, müxtəlif ölkələrin hökumət təqaüdləri vasitəsi ilə xaricdə təhsilə müraciət edir.

 

Bəs vətəndaşların xarici ölkələrdə təhsili hansı əsaslarla həyata keçirilir?

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə təhsili aşağıdakı əsaslarla həyata keçirilir:

 

-Dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr əsasında;

 

-Azərbaycan Respublikasının hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar əsasında;

 

-təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr əsasında;

 

-xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar əsasında;

 

-Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladıqları müqavilələr əsasında.

 

Vətəndaşlar təhsil almaq məqsədi ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrini, ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər.

 

Təhsil müəssisələri xarici ölkələrin təhsil müəssisələri ilə şagird və tələbə mübadiləsini bu Qaydalara və bağladıqları müqavilələrə uyğun həyata keçirirlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən vətəndaşların xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.